Dövlət qurumları arasında minifutbol turniri keçirilir

15:51 19.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, dövlət qurumlarının 50-dən çox komandasının iştirakı ilə keçirilən turnirdə KOBİA komandası da iştirak edir.

Noyabrın 18-də turnirin açılış mərasimi keçirilib. Sonra KOBİA və Dövlət Neft Şirkətinin (SOCAR) komandaları arasında turnirin ilk oyunu təşkil olunub. Oyunda KOBİA-nın komandası 1:0 hesabı ilə qalib gəlib.