Dövlət Rəsm Qalereyası növbəti virtual sərgiyə hazırlaşır

12:39 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və www.artgift.az saytının dəstəyi ilə fevralın 2-də saat 20:00-da “Nizami Gəncəvi İli” çərçivəsində Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılacaq.

Dövlət Rəsm Qalereyasından hafta.az-a bildirilib ki, sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək, yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə həyata keçiriləcək.

Sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq.