Dövlət Vergi Xidmətində yeni TƏYİNATLAR 

17:56 22.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli özünə 2 yeni müşavir təyin edib.

Hafta.az xəbər verir ki, İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova xidmət rəisinin müşaviri təyin edilib.

Eyni zamanda Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəis Fərid İsayevdə müşavir postuna gətirilib.

Beləliklə DVX rəisinin müşavirlərinin sayı 4-ə yüksəlib.