Dövlət xəttilə verilmiş ipoteka kreditinin həcmi

16:18 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 932 borcalana 3,673 milyard manat kredit verilib.

Bu barədə hafta.az İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

8 248 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.