DSX, DİN və DTX əməliyyat keçirib - Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

12:23 21.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.


Dövlət Sərhəd Xidmətindən (DSX) hafta.az-a verilən məlumata görə, Neftçala rayonunda keçirilən əməliyyat nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülüb.


Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.