Türkiyədə pide Ramazan süfrələrində mühüm yer tutduğu kimi, naringi (rusca mandarin) Rusiyada Yeni il süfrələrində eyni ənənəvi simvol hesab olunur. Sovet dövründə xüsusilə Abxaziya və Soçi bölgəsindən gələn naringilərlə yaşadılan bu süfrə ənənəsi son illər də türk naringiləri ilə davam edir.
Hafta.az-ın yazdığına görə, bu ənənə rekordlar qırmaqda davam edir. Rusiya Qida İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2023-cü ilin ilk 9 ayında Rusiyanın dünya naringi ticarətindəki payı 21 faiz təşkil edib.
Rusiya Qida İstehsalçıları Birliyi və Sputnik-in hesablamalarına görə, 2023-cü ilin ilk 9 ayında dünya üzrə 1,8 milyon ton naringi ticarəti həyata keçirildiyi halda, bu nisbətin ən böyük hissəsi 406 min tonla Rusiyaya satılıb. Bu, bütün dünya ilə müqayisədə yüzdə 21 olaraq hesablansa da, qlobal ticarətdə satılan hər 5 naringidən birinin ruslar tərəfindən yeyildiyini göstərir.
Rusiyanın əhəmiyyətli lider olduğu başqa bir sahə naringi idxalının dəyəri idi. Rusiya və ABŞ 2023-cü ilin ilk doqquz ayında müvafiq olaraq 421 milyon və 396 milyon dollar xərcləyərək naringi idxalında liderdirlər. Bu dövrdə Rusiyanın idxalı 8,4 faiz artıb, ABŞ-ın idxalı isə demək olar ki, 22 faiz azalıb.
Fransa, keçən ilin doqquz ayında əvvəlki ilin eyni dövrünə görə 28 faiz artım göstərərək 240 milyon dollar dəyərində naringi idxal edərək üçüncü sırada yer tutub. Ən çox naringi alan ölkələr arasında İngiltərə və Almaniya da var. Müvafiq olaraq, İngiltərə 203 milyon dollar (+1,5 faiz), Almaniya 196 milyon dollar (+7,5 faiz) idxal edib.
Naringi idxal edən ilk 10 ölkəyə İndoneziya (137 milyon dollar), Çin və Kanada (81 milyon dollar), Polşa (74 milyon dollar) və Honq Konq (57 milyon dollar) daxildir.