Dünya bazarlarında neftin qiyməti azalıb

10:39 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,64 azalaraq 1 barelə görə 103,2 dollar təşkil edib.

 

Hafta.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,71% azalaraq 94,7 dollar təşkil edib.