Dünya çempionatının vaxtı dəqiqləşib

09:55 23.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə təşkil olunacaq minifutbol üzrə dünya çempionatının vaxtı dəqiqləşib.

Hafta.az xəbər verir ki, mundial 2025-ci il mayın 21-dən iyunun 1-nə kimi davam edəcək. Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında keçiriləcək. Turnirin təqvimi yaxın gələcəkdə bəlli olacaq.

Qeyd edək ki, Bakı minifutbol üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi edəcək.