Dünya Köçəri Oyunlarında növbəti medal

21:49 12.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.

Hafta.az-a verilən məlumata görə, aba güləşi yarışında mübarizə aparan Ağani Məmmədov (90 kiloqram) bürünc medal qazanıb.

Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növdə 54 idmançı ilə təmsil olunur.