“Dünya Ukraynadakı münaqişədən bezib” - Lula da Silva

11:30 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ukraynada sülh anı olacağını proqnozlaşdırdığını və bir qrup ölkənin həm Moskva, həm də Kiyevlə danışa bilməsi lazım olduğuna inandığını” deyən Braziliya prezidenti Lula Moskvanın münaqişənin arxasında yeganə günahkar kimi göstərilməsinə qarşı çıxıb.

Hafta.az-ın yazdığına görə, Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ prezidenti Co Baydenin də münaqişədən qaçmaq üçün Vladimir Putinlə danışıqlara getmədiyi üçün mövcud vəziyyətə görə eyni dərəcədə məsuliyyət daşıdığını deyən Lula, “Dünya bezməyə başlayır, ölkələr artıq yorulub” deyib.

Aİ ilə Cənubi Amerika və Karib Hövzəsi Dövlətləri Birliyi (CELAC) arasında bu həftə keçirilən sammitdə Avropa rəsmiləri Rusiyanın Ukraynaya hərbi təcavüzünü açıq şəkildə pisləyən yekun bəyannamə imzalamağa ümid edirdilər. Bununla belə, Aİ liderləri Latın Amerikalı həmkarlarını razı sala bilməyiblər, çünki bəzi dövlətlər, o cümlədən Braziliya və Nikaraqua sənədə Rusiya haqqında hər hansı sərt ifadənin daxil edilməsinə qarşı çıxıblar.

Siyasət rubrikasından digər xəbərlər