Dünyada 800 mindən çox insan koronavirusa yoluxub

16:32 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada 800 mindən çox insan koronavirusa yoluxub.

Trend-in məlumatına görə, son sutka ərzində 15 mindən çox yeni yoluxma qeydə alınıb.

Bu gün təkcə İspaniyada 9 mindən çox, İranda isə 3 mindən çox şəxs virusa yoluxub.

Ümumilikdə, bu günədək təxminən 39 min nəfər virusun qurbanı olub. Son sutka ərzində minə yaxın ölüm qeydə alınıb.

Koronavirusdan sağalanların sayı isə 170 min nəfərə çatıb.

Oxunma sayı 149