Dünyada COVID-19-a yoluxanların sayı artıb

11:16 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 656 milyon 973 min 775 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu göstəricilər Amerika Cons Hopkins Universitetinin hesabatında yer alıb.

Dünyada bu virusun yayıldığı gündən indiyədək 6 milyon 678 min 316 nəfər dünyasını dəyişib.

Hazırda 30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Almaniya və Braziliya var.