Dünyada ən çox ədviyyat istehsal edən 10 ölkə

11:27 22.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Süfrələrimizin vazkeçilməzi, yeməklərin, xüsusilə də şirniyyatların olmazsa olmazı ədviyyatların istehsal coğrafiyası barədə nə bilirik?

Hafta.az-ın olaraq dünyada ən çox ədviyyat istehsal edən ölkələrin siyahısını təqdim edirik.

Siyahıda ilk pillədə qərarlaşan Çin ildə ümumilikdə 12 milyon tondan artıq müxtəlif növ ədviyyat məhsulları istehsal edir. İkincilik Hindistana məxsusdur. Bu qədim Asiya ölkəsi ildə 7,8 milyon tonadək ədviyyat məhsulları toplayır. Siyahıda ilk üçlüyü Afrika ölkəsi Nigeriya bağlayır – 838 min ton.  

Bundan əlavə, İndoneziya 810 min ton məhsul yığımı ilə 4-cü, Banqladeş isə 800 min tondan artıq istehsalla 5-ci yerdədir.

Qardaş ölkə Türkiyə illik 638 min ton istehsalla siyahıda 6-cı, Efiopiya 618 min tonla 7-ci, Tailand 510 min tonla 8-ci, Vyetnam 450 min tonla 9-cu pillədə qərarlaşıb.

Siyahıda ilk onluğu ildə 400 min tona yaxın ədviyyat istehsal edən Nepal tamamlayır.

Oxunma sayı 280