Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib

10:00 11.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 90 milyonu ötüb.

Hafta.az worldometers.info-ya istinadla xəbər verir ki, bu saata olan son məlumata əsasən dünyanın 218 ölkəsi üzrə koronavirusa yoluxanların sayı 90 487 396, bu virusdan ölənlərin sayı isə 1 940 145 nəfərdir.

Qeyd edək ki, koronavirusa ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, İtaliya, İspaniya və Almaniyada aşkarlanıb.