Dünyada neft nə vaxt tükənəcək: alimlərin proqnozları... - “Live Science”

18:59 02.06.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Alimlərin hesablamalarına görə, planetdə hasilat üçün təxminən 1,6 trilyon barel neft qalıb. 10 ildən çox əvvəl neft sənayesi mütəxəssisləri Yer kürəsində cəmi 50 illik çıxarıla bilən neft ehtiyatlarının qaldığını iddia etmişdilər. Bununla belə, yeni mədən texnologiyalarının tətbiqi və yeni “qara qızıl” yataqlarının tapılması üçün süni intellektin istifadəsi bu hesablamaları dəyişə bilər.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “Live Science” nəşri məlumat yayıb.

Alimlər iddia edirlər ki, Yer kürəsində neft heç vaxt tükənməyəcək, lakin onun yataqlarının əksəriyyəti hasil etmək üçün əlçatmaz yerlərdə - çox əlçatmaz və ya deyək ki, Antarktidanın dərinliklərində yerləşir.

Alimlərin hesablamalarına görə, planetdə hasilat üçün təxminən 1,6 trilyon barel neft qalıb. Bundan əlavə, indiyədək açılmamış yataqlarda “qara qızıl” ehtiyatları 565 milyard barel həcmində qiymətləndirilir.

Enerji meyillərini tədqiq edən Amerikanın "ClearView" şirkətinin rəhbəri Kevin Bukun sözlərinə görə, süni intellekt yeni neft ehtiyatlarının axtarışını asanlaşdıra bilər. Eyni zamanda, yeni texnologiyalardan istifadə istehsalı sürətləndirə bilər.

Sənaye ekspertləri onu da vurğulayırlar ki, neftə tələbat qismən elektrik avtomobillərinə keçid sayəsində gələcəkdə azala bilər. Ötən il Beynəlxalq Enerji Agentliyi neft istehlakının 2030-cu ilə qədər pik həddə çatacağını, sonra isə azalacağını bildirmişdi.

Bu o deməkdir ki, insanlar 50 ildən çox müddətə qədər neftə sahib ola bilərlər.