Dünyada qlobal SU BÖHRANI

08:55 04.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün su qıtlığından ən çox əziyyət çəkən Bəhreyn, Qətər, Küveyt kimi Körfəz ölkələri, Livan, Oman, Misir, Yaxın Şərq və Şimali Afrikadır. Bu bölgələrdə 83 faiz, Cənubi Asiyada isə 74 faiz su stresi var.

Hafta.az-ın yazdığına görə, su ərzaq təhlükəsizliyi, enerji və sağlamlıq üçün əsas resurs olsa da, zəif idarəetmə və iqlim dəyişikliyi dünyada su böhranını daha da gücləndirir. 1960-cı ildən bəri suya tələbat iki dəfə artıb və su təchizatı ilə tələbat arasındakı fərq genişlənir.

2050-ci ilə qədər dünya əhalisinin bir milyard artacağı proqnozlaşdırılır və bu insanlar ciddi su qıtlığı ilə üzləşəcəklər. Bundan əlavə, suya qlobal tələbatın 20-25 faiz, su ehtiyatlarında dalğalanmaların isə 19 faiz artacağı gözlənilir.

Dünya əhalisinin dörddə birini təşkil edən 25 ölkə ciddi su stresi ilə üzləşib. Bu ölkələr su ehtiyatlarının 80 faizini və ya daha çoxunu istehlak edirlər və hər ay 4 milyarddan çox insan su qıtlığı yaşayır.

2050-ci ilə qədər qlobal ümumi daxili məhsulun 31 faizinin və ya 70 trilyon dolların su böhranı ilə təhdid ediləcəyi təxmin edilir. 2010-cu ildə bu rəqəm 24 faiz olub. Hindistan, Meksika, Misir və Türkiyə risk altında olan ölkələr sırasındadır.

Dünya böhrandan çıxmaq üçün ümumi daxili məhsulunun 1 faizini və ya adambaşına gündə 29 il investisiya qoymaqla böhranını həll edə bilər. Sinqapur və Las-Veqas təkrar emalı və duzsuzlaşdırma texnologiyaları ilə suyun idarə olunmasının uğurlu nümunələrini təqdim edir.

Sub-Sahara Afrikası 2050-ci ilə qədər suya tələbatın 163 faiz artması ilə Latın Amerikası ilə müqayisədə dörd dəfə yüksələcək və nəticədə ümumi daxili məhsulunun 6 faizini itirəcək. Bu, qitənin su böhranını daha da çətinləşdirəcək. Suvarılan kənd təsərrüfatının 60 faizi ciddi su stressi ilə üzləşir. Bu təzyiq xüsusilə şəkər qamışı, buğda, düyü və qarğıdalı kimi məhsullar üçün özünü göstərir. Dünyanın 2050-ci ilə qədər 10 milyard insanı qidalandırmaq üçün qida istehsalının 56 faiz artması lazımdır.