Dünyada Səudiyyə xurmasına təlabat artıb

10:34 29.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Milli Palma və Xurma Mərkəzi Krallığın xurma ixracının dəyərinin bu ilin ilk yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 751 milyon rialdan çox olduğunu açıqlayıb. Məhsulun 683 milyon riallıq hissəsi ixrac edilib.

Hafta.az-ın yazdığına görə, 2024-cü ilin birinci yarısında Səudiyyə Ərəbistanının xurma ixracı bəzi ölkələrə əhəmiyyətli həcmdə artıb. Yüz faiz artın qeydə alınan ölkələr Braziliya, Norveç, İtaliya və Kanadadır.

Almaniyaya xurma ixracının dəyərində 91,5 faiz, Cənubi Koreyaya 72 faiz, İndoneziyaya 50,1 faiz, İsveçə isə 43,7 faiz artım qeydə alınıb. Eləcə də, məhsul ixracının dəyəri Malayziyaya 32,6 faiz, Böyük Britaniyaya 29,7 faiz, Mərakeşə 25,3 faiz, ABŞ-a isə 21,1 faiz artıb.

Səudiyyə Ərəbistanının xurma ixracının artması, xurma sektoruna müdrik rəhbərliyin qeyri-məhdud dəstəyinin nəticəsidir. Bununla yanaşı, Milli Palma və Xurma Mərkəzinin effektiv rolu və Səudiyyə xurmasının qlobal miqyasda rəqabət qabiliyyətini artırmaq üçün göstərdiyi səylərdir.