Dünyada son sutkada 421 mindən çox yoluxma qeydə alınıb

10:08 26.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada son sutka ərzində 421 407 nəfər koronavirusa yoluxub, 10 508 nəfər ölüb. 

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 112 209 815 yoluxma hadisəsi, 2 490 776 ölüm faktı qeydə alınıb.