Dünyada son sutkada 513 797 nəfər koronavirusa yoluxub

20:21 21.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son sutkada dünyada 513 797 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub,  9 984 nəfər ölüb.

Hafta.az-ın xəbərinə görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada əksini tapıb.

Beləliklə, indiyə qədər dünyada 122 524 424  nəfər koronavirusa yoluxub, 2 703 620 nəfər ölüb.

Ötən sutkada COVİD-19-a yoluxmaların 40 faizindən çoxu (206 504 yoluxma) Avropanın payına düşür. İkinci yerdə 202 660 yoluxma ilə Şimali və Cənubi Amerika, üçüncü yerdə 51 988 yoluxma ilə Cənub-Şərqi Asiya gəlir.