Dünyanın 100 ən böyük şirkətinin silah satışı ötən il 1,9 faiz artıb

11:10 05.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il silah və hərbi texnika satışının qlobal həcminin artdığı yeddinci il oldu.

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SIPRI) hesabatına görə, 100 ən böyük şirkət üçün bu, 1,9 faiz artaraq 592 milyard dollara çatıb.

2019-2020-ci il ilə müqayisədə 2020-2021-ci illərdə silah ticarəti daha yüksək artım nümayiş etdirsə də, bütövlükdə onun dinamikası pandemiyadan əvvəlki dövrdən aşağı olub. Reytinqə əvvəlki kimi Amerika şirkətləri başçılıq edir. Yüz şirkətdən 40-ı onların payına düşür, satışın ümumi həcmi isə 299 milyard dollar təşkil edir. İlk beşlik də ABŞ şirkətlərinə aiddir. Reytinqə Avropadan 27, Asiya və Okeaniyadan 21, Rusiyadan 6 şirkət daxildir.

Oxunma sayı 1546