Bu gün Düşənbədə Tacikistan Kino Gününə (16 oktyabr) həsr olunmuş “Toji Somon” Beynəlxalq Film Festivalı işə başlayıb.
Hafta.az-ın yazdığına görə, festivalın şüarı “Tacikistanın inkişaf tarixi”dir. İki ildən bir keçirilən festivalda 20-yə yaxın ölkədən rejissorlar iştirak edir.
Qeyd edək ki, festival bir sıra nüfuzlu mükafatlar, o cümlədən ən yaxşı bədii film üzrə Qran-pri, ən yaxşı rejissor və operator işi, ən yaxşı aktyor və aktrisa, ən yaxşı musiqi yazısı, ən yaxşı qısametrajlı film nominasiyaları üzrə mükafatlar təsis edib.
Münsiflər heyətinin Xüsusi Mükafatları, Tamaşaçılar Mükafatı, Düşənbə merinin “Kinematoqrafiyanın inkişafına mühüm töhfəyə görə” xüsusi mükafatı və MDB ölkələrinin kino xadimləri arasında xalqlar arasında dostluğun möhkəmləndirilməsi və əməkdaşlığın inkişafına görə “Sərhədsiz kino” mükafatı da təqdim olunacaq.
Festivalın tərəfdaşları və sponsorları tərəfindən əlavə mükafatlar da təqdim olunacaq.