Yazını böyüt
Yazını kiçilt
“Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı indiyədək Fəxri xiyabana insan axını davam edir. Günün pik saatları olmağına baxmayaraq, yollarda hər bir istiqamətdə hərəkət tənzimlənir. Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində hərəkət sıxdır. Hazırda hərəkətin tənzimlənməsi üçün yol polisi əməkdaşları səfərbər olunublar”.
Bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.
Araz Əsgərli deyib ki, DYP sürücüləri yağışlı havada diqqətli olmağa, “Yol hərəkəti haqında” qanunun tələblərinə riayət etməyə çağırır.