Dyula Bentsur 100: uşaqlar üçün rəsm müsabiqəsi keçirilir

11:45 02.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanınmış macar rəssam Dyula Bentsurun 100 illiyi münasibətilə, Macarıstanın ölkəmizdəki Səfirliyi Nargiz Art Studio ilə birlikdə və Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycanın Təhsil Nazirliyi, “Nərgis” jurnalı və“Libraff” kitab satış magazaların şəbəkəsinin dəstəyi çərçivəsində 6-17 yaş arasında olan Azərbaycan uşaqları üçün rəsm müsabiqəsini elan edib.

Hafta.az yazır ki, müsabiqənin məqsədi gənc nəslin marağını və yaradıcılığını təsviri sənətə yönəltmək, pandemiyanın bu çətin dövründə Azərbaycan uşaqlarını etibarlı və faydalı fəaliyyətə həvəsləndirmək və gənc azərbaycanlılar arasında Dyula Bentsurun istedadlı davamçılarını tapmaqdır.

Müsabiqəyə qatılmaq üçün şərtlər aşağıdakılardır:

Bütün sənət əsərlərində Macarıstan haqqında tarixi bir bina, Macarıstana məxsus endemik heyvan, coğrafi bir yer, məşhur bir şəxs, macar nağılı kimi bir element olmalıdır. Sənət əsəri hər hansı ənənəvi rəngkarlıq janrında edilə bilər. Fotoşəkillər, heykəllər, rəqəmsal rəsmlər və ya digər rəqəmsal şəkildə yaradılan sənət əsərləri iştirak üçün uyğun deyil. Rəsm iştirakçıların öz orijinal işi və Macarıstanla bağlılığı barədə qısa təsviri ilə olmalıdır.
Ən yaxşı 5 sənət əsəri aşağıdakı yaş kateqoriyasında qiymətləndiriləcək:
- 14-17 yaş,
- 10 - 13 yaş,
- 10 yaşdan aşağı.
Hər sənət əsəri valideyn və ya qanuni bir nümayəndə vasitəsi ilə təqdim olunmalıdır.

Bütün qaliblərə Macarıstan Səfirliyi tərəfindən sertifikat, eləcə də təşkilatçılar tərəfindən mükafatlar veriləcək. Mükafatlandırılan şəkillər Macarıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan sərgidə iştirak edəcək.

Müsabiqədə iştirak pulsuzdur.

Müsabiqə sentyabrın 5-də bağlanır. İştirakçılar sənət işləri haqqında 1200x800 ölçüsündən az olmayaraq 3 şəkil aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:[email protected][email protected];

Təsdiq cavab bütün iştirakçılar üçün göndəriləcək.
Səfirliyin Facebook səhifəsi vasitəsilə, münsiflər heyəti qalibləri seçərək sentyabrın 13-dək elan edəcəklər. Qaliblər elan olunduqdan sonra şəkillərini sentyabrın 25-dək Macarıstan Səfirliyinə göndərməlidirlər (Bakı, İçərişəhər, 1004, Mirzə Mənsur küç. 72).

Digər şərtlər:

Müsabiqə Azərbaycandan 6-17 yaş arası hər bir uşaq üçün açıqdır. Bütün iştirakçılar razılaşırlar ki, müsabiqəyə təqdim olunan şəkillər müsabiqəni və sərgini tanıtmaq və reklam etmək üçün istifadə oluna bilər. Bütün qaliblər müvafiq təşviq tədbirlərində iştirak etməyə, ödənişsiz olaraq adların, eyni zamanda qalib olmuş şəkillərin müsabiqənin və sərginin təşviqi, reklam edilməsi məqsədilə istifadə olunmasına razılıq verirlər. Sərgi zamanı və ondan sonra müəllif hüquqları rəssama məxsus olaraq qalır. Bütün təqdim edilmiş sənət işləri qaliblər barədə qərar verəcək münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər siyahısı:

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi;
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev;
Azərbaycanın əməkdar artisti Əsmər Nərimanbəyova;
"Nərgiz Art" Studiyasının yaradıcısı Nərgiz Quliyeva;
Macarıstan İncəsənət Fondunun və Macar İncə və Tətbiqi Rəssamlar Birliyinin üzvü Ester Kneys.  

Oxunma sayı 13358
Mədəniyyət rubrikasından digər xəbərlər