“Əbu-Dabi - Tokio əməkdaşlığı COP28-in uğurunu dəstəkləyir” – Yaponiya səfiri

09:30 19.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq BƏƏ və Yaponiya üçün ortaq məqsəddir”.

Hafta.az-ın WAM-a istinadən yazdığına görə, bunu Yaponiyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Akihiro İsomata bildirib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Yaponiya arasında 50 ildən artıq tarixi və strateji tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bütün sahələri əhatə edir.

O, ötən il iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 50 illiyini qeyd etdiklərini və qarşıdakı 50 ildə əməkdaşlıq sahəsində daha böyük uğurlara imza atmağı planlaşdırdıqlarını bildirib.

Səfir Yaponiyanın baş naziri Fumio Kişidanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərinin iki ölkə arasında sıx dostluq və sıx ikitərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Səfər zamanı Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan və Yaponiyanın baş naziri ilə iqlim məsələsi, təmiz enerji, infrastruktur və kosmos, təhsil, mədəni mübadilə, səhiyyə kimi geniş mövzuları dərindən müzakirə edib.

İqlim üzrə birgə iş bəyanatının karbon qazının azaldılması üzrə qlobal səylərə istiqamət verəcəyini və qarşıdan gələn COP28-in uğurunu dəstəkləyəcəyini vurğulayan səfir Akihiro İsomata Birləşmiş Ərəb Əmirliklərinin və Yaponiyanın 2050-ci ilə qədər iqlim neytrallığını hədəflədiklərini, bu sahədə səmərəli və perspektivli əməkdaşlığı inkişaf etdirməyə çalışdıqlarını vurğulayıb.

Yaponiya səfiri həmçinin bildirib ki, baş nazir İsomatanın Əbu-Dabiyə səfəri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı gücləndirəcək və ikitərəfli münasibətlərdə bu ilin əvvəlindən başlayan yeni dövrə start verəcək.

Birləşmiş Ərəb Əmirlikləri ilə Yaponiya arasında ticarət xüsusilə qeyri-neft sektorunda rekord artımını sürdürüb. 2022-ci ildə ticarət dövriyyəsi 2021-ci ilə nisbətən 10 faiz artaraq 14,7 milyard dollar olub və əvvəlki illərin yüksəliş tendensiyası davam edib.

Siyasət rubrikasından digər xəbərlər