Ədalətsizliyi aradan qaldırmaq xüsusiyyəti Türk millətinin  genindədir - Qafar Çaxmaqlı

18:55 07.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Türkiyə bölgə dövlətidir və bu münaqişənin kənarlara sıçramasının qarşısını almaqda maraqlı olan  bir  gücdür. Bu fikirdəyəm ki, İsraillə “Həmas” arasında savaşın sona çatdırılması Türkiyənin dövlət siyasətidir , onunla hesablaşmalıdırlar və şübhəsiz,  Türkiyənin cəhdləri nəticə verəcəkdir”

Bunu hafta.az-a açıqlamasında hazırda türkiyənin Ərciyəz universitetində çalışan professor Qafar Çaxmaqlı Türkiyənin “Həmas”-İsrail savaşı ilə bağlı siyasəti haqda danışarkən söyləyib.

“Türkiyə İsrail-“Həmas” arasında baş verən bu qarşıdurmanın, anlamsız savaşın tərəfi ola bilməz. Başlanğıcdan Türkiyə barışcıl mövqe sərgiləmişdir və onu davam etdirməkdədir. Türkiyə bölgədə baş verən belə qanlı olayların qarşısını almaq üçün  gücü olan dövləti siyasət yürüdür. Amma, əlbəttə, Türkiyə Qəzzada indiyədək öldürülən və bundan sonra ölümə tərk edilmiş günahsız insanların taleyinə biganə qala da bilməz”,- deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb.

“Bəs Qəzzada baş verənlərə münasibəti Türkiyə dövlətinin Rusiya ilə də əks mövqedən çıxış edən ABŞ-la münasibətlərinə təsiri hansı sonucla nəticələnə bilər?” sualını isə professor belə cavablandırıb:

“Kimin mövqeyinin necə olmasından asılı olmayaraq Türkiyənin özünün gerçəkliklərə baxışı var və bu dövlətin duruşu ədalətdən yanadır. Dövlətlərin hər hansı məsələyə baxışı fərqli ola bilər, amma ortada bir ədalətsizlik varsa, onu aradan qaldırmaq xüsusiyyəti Türk millətinin  genindədir.”

Siyasət rubrikasından digər xəbərlər