Əfqanıstandakı Taliban hökumətinin Xarici İşlər Nazirliyinin ölkə hüdudlarından kənarda yaşayan Əfqanıstan vətəndaşlarına xitabən verdiyi açıqlamada, əksəriyyəti Avropada olan 14 Əfqanıstan səfirliyi və konsulluğunun mərkəzi hökumətlə əməkdaşlıq etmədiyi bildirilib.
Hafta.az-ın yazdığına görə, onların administrasiyasının ölkə hüdudlarından kənarda yaşayan Əfqanıstan vətəndaşlarının işini asanlaşdırdığı və bununla əlaqədar olaraq, xüsusilə Avropa ölkələrindəki əfqan nümayəndələrinə mərkəzi hökumətlə əməkdaşlıq barədə “dəfələrlə” xəbərdarlıq edildiyi vurğulanıb.
Bu çərçivədə Əfqanıstanın London, Berlin və Bonn səfirlikləri və konsulluqları ilə yanaşı, Belçika, İsveçrə, Avstriya, Fransa, İtaliya, Yunanıstan, Polşa, İsveç, Norveç, Kanada və Avstraliyadakı diplomatic nümayəndəlikləri ilə əlaqələr dayandırılıb.
Bəyanatda Əfqanıstan vətəndaşları və əcnəbilərdən konsulluq prosedurları üçün digər ölkələrdəki Əfqanıstan nümayəndəliklərinə baş çəkmələri istənilib.
15 avqust 2021-ci il tarixində Əfqanıstanda administrasiya dəyişikliyi ilə bəzi ölkələr yeni Əfqanıstan administrasiyasının nümayəndələrini öz ölkələrindəki Əfqan missiyalarında işləməyə qəbul etmədilər. Belə ki, əvvəlki administrasiya tərəfindən təyin olunmuş diplomatlar ölkədən kənarda bəzi əfqan missiyalarını idarə etməyə davam ediblər. Bu səbəbdən mərkəzi hökumətlə ölkədən kənarda olan Əfqanıstan nümayəndəlikləri arasında harmoniya yox idi.