Əfqanlar işləmək üçün Rusiyaya axışacaq

09:51 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya rekord qıran işçi çatışmazlığını aradan qaldırmaq üçün Asiyada yeni alternativlər axtarmağa davam edir. Əfqanıstanın əmək və sosial məsələlər naziri Əbdül Mənan Öməri ölkəsindən Rusiyaya əmək miqrasiyasının gözlənildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Rusiyanın əmək naziri Anton Kotyakovi ilə bu mövzuda razılığa gəldiklərini bildirən Öməri Rusiyanın müxtəlif bölgələrində əfqan mühacirlər üçün iş imkanlarının yaradılacağını bildirib.

Rusiyadakı Əfqanıstan Diaspor Mərkəzinin prezidenti Qulam Məhəmməd Cəlal deyib ki, Taliban hakimiyyətə gəldikdən sonra bu ölkədən xeyli adam Rusiyaya mühacirət etmək istəyib.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova 2030-cu ilə qədər Rusiya iqtisadiyyatının 2 milyon işçi miqrantına ehtiyac duyacağını açıqlayıb.

Qolikova, xüsusilə istehsal sənayesi və nəqliyyat sektorlarında immiqrant işçi qüvvəsinə ehtiyac olduğunu bildirib.

Oxunma sayı 194