Əfsanəvi futbolçu Almaniya klubuna baş məşqçi təyin olundu

14:59 11.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya millisinin əfsanəvi hücumçusu Miroslav Kloze ölkəsinin “Nürnberq” komandasının yeni baş məşqçisi təyin olunub.

Bu barədə II Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Onunla bağlanan müqaviləni detalları açıqlanmayıb.

M.Kloze daha əvvəl “Bavariya”nın U-17 komandasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.

Qeyd edək ki, Miroslav Kloze dünya çempionatlarında vurduğu qol sayına (16) görə rekordçudur.

Oxunma sayı 118