Əfv Komissiyası 100-dən çox müraciətə BAXIB - YENİLƏNİB

17:24 03.04.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.

Hafta.az-ın məlumatına görə, iclasda komissiyaya daxil olan 100-dən çox müraciətə baxılıb.

Həmçinin bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlər olacaq. İlk iclasda 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

Hafta.az xəbər verir ki,  iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. 

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçiriləcək.