Əhməd Orucun vəziyyəti AĞIRDIR

16:24 17.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib.

Hafta.az xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. 

Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.

Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.