Elbrus dağında belaruslu turist ölüb

12:18 07.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elbrus dağında belaruslu turist ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, onun cəsədi 2800 metr yüksəklikdə, Terskol şəlaləsi yaxınlığında tapılıb.

Qeyd olunub ki, həmin şəxs xilasedicilərdə qeydiyyatda olmayıb və sentyabrın 3-dən onunla əlaqə itib.