Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub - FOTO

11:49 31.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində olub.

Nazirlər Kabinetindən hafta.az-a verilən xəbərə görə, iyulun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən ölkəmizin İran İslam Respublikasındakı Səfirliyini ziyarət edib.

Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.