Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

12:08 24.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.