Əli Əsədov Lukaşenko ilə görüşdü

13:44 30.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.

Haffta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.