Əlilliyi olan şəxslərin iştirakı ilə bədii konsert proqramı təşkil edilib

15:40 29.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Biz Bir Ailəyik Əlillərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilib.

Hafta.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, onların bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli keçirməsi və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.

Qeyd edək ki, proqram çərçivəsində gənclər arasında “Biz bir ailəyik - biz qalibik” adlı intellektual yarışma və əlilliyi olan şəxslərin iştirakı ilə bədii konsert proqramı təşkil edilib.

Oxunma sayı 1786