Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.