Elman İmamverdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

16:46 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub.

Hafta.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb.

Sənədlə birinci müavin vəzifəsinə Elman İmamverdiyev təyin edilib.

Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.