Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

13:46 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 54 əcnəbini ölkədən deportasiya edib.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib. Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə nazirliyin əsas prioritetlərindən biridir.

Son statistikaya görə, bu ilin əvvəlindən indiyədək ümumilikdə 2 090 qanunsuz miqrant Gürcüstandan deportasiya olunub.