Elmira Rəhimova xəstəxanaya YERLƏŞDİRİLİB

17:46 31.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan musiqi sahəsində xüsusi yeri olan Elmira Allahverdi qızı Rəhimova Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

Hafta.az-ın məlumatına görə, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib.

Mərkəzin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimovanın vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov pasiyenti ziyarət edib.