Əməkhaqqı və pensiya artımı infilyasiyanı üstələyir – Komitə sədri

11:09 25.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənab Prezidentin bu ilin oktyabrın 16-da əhalinin sosial rifahının qorunması ilə bağlı sərəncamı oldu.

Bu fikirləri hafta.az-a Milli Məclisin Sosial Məsələlər Komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, büdcədə həmin sərəncama uyğun olaraq vəsaitlər nəzərdə tutulub:

“Gələn il üçün minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu o deməkdir ki, vahid tarif cədvəli üzrə muzdlu əməklə məşğul olan hər bir Azərbaycan vətəndaşı haqqında bu artımlar olacaq. Bu artımların faizi 20-40 faiz arasında dəyişəcək.  İnfilyasiya isə bu il və gələn il üçün üst-üstə 10 faizdən yuxarı olmayacaq. Belə götürəndə əməkhaqqı artımı, pensiya artımı da infilyasiyanı üstələyir. Burada ciddi bir məsələ var ki, biz bunu söyləmişik. Subyektiv amillərin qarşısı alınmalıdır ki, möhtəkirlik və monapoliyanın təsirləri bazarda süni şəkildə qiymət artımına gətirib çıxarmasın. Əgər İqtisadiyyat Nazirliyinin müvafiq qurumları bu işlə ciddi məşğul olsalar, gələn ilin ikinci yarsında həm qiymət artımının qarşısını almış olacağıq, həm də maaş və pensiyaların üstələdiyini görəcəyik.

Digər tərəfdən, bahalaşma, qiymət artımı tək Azərbaycan üçün xarakterik deyil. Pandemiya başlayandan sonra dünyada bir çox iqtisadi proseslər zəiflədi və dünyanın hərbi ölkəsində bahalaşma baş verdi. Məmurların öz işinə necə yanaşmasına gəlincə, arzu edərdik ki, hər kəs öz işini vicdanla və qanunla həyata keçirsin".