Yazını böyüt
Yazını kiçilt
Bu il 77-cisi keçiriləcək “Emmi” televiziya mükafatına namizədlərin adları açıqlanıb.
Hafta.az xarici mediaya istinadla xəbər verir ki, ən çox nominasiyada namizəd olan “Apple TV+”da nümayiş etdirilən “Severans” serialıdır. O, 27 nominasiya alıb. Onun ardından 24 nominasiya ilə HBO yayım şirkətinin “Pinqvin” seriyalı gəlir. “Studiya” və “Ağ lotus” seriyalları hər biri 23 nominasiya ilə sonrakı yerləri tutur.
Namizədlərin tam siyahısı “Qaçış nöqtəsi”nin ulduzu Brenda Sonq və “Biz kölgədə nə edirik” seriyalının aktyoru Harvi Gilyen tərəfindən elan olunub.
“Emmi” mükafatına namizəd olan ən yaxşı dram, komediya filmlərinin, habelə aktyor və aktrisaların adları da açıqlanıb.
Mükafatlandırma mərasimi sentyabrın 14-də keçiriləcək.