Çox satılan və populyar olan Bitcoin son günlər yuxarı-aşağı qrafik göstərərkən, ən çox kripto pula sahib olan ölkələr də açıqlanıb.
Hafta.az-ın “Bitcoin Treasuries” istinadən yazdığına görə, ABŞ dünyada ən çox bitkoinə sahib olan ölkələrdən biridir. ABŞ-da 213246 BTC var. Bu, indiki qiymətlə 12 milyard dollardan çox dəyərə malikdir.
CNBC-e-nin xəbərinə görə, Çin 190 min BTC-yə sahib olmaqla siyahıda ikinci yerdədir. Çinin əlində olan BTC-lərin dəyəri təxminən 11 milyard dollardır. Çin də dövriyyədə olan BTC-lərin 0,9 faizini saxlayır.
Çinin ən yaxın rəqibi 61 min BTC ilə Böyük Britaniyadır. Böyük Britaniyanın əlində olan BTC-lərin dəyəri təxminən 3,5 milyard dollardır. Dövriyyədə olan BTC-nin təxminən 0,29 faizi Böyük Britaniyanın əlindədir.
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra dünyanın müxtəlif yerlərində Ukraynaya milyonlarla dollar ianə edilib. Bu ianələrin bəziləri kriptovalyutalarda edilib. Ukraynanın müxtəlif pul kisələrində cari məbləğlərdə cəmi 46351 BTC var.
Salvador 2021-ci ilin sentyabrında Bitcoini qanuni valyuta kimi qəbul edən ilk ölkə oldu. O vaxtdan bəri ölkə pul kisəsinə bitkoin əlavə edir. Mövcud pul kisəsi vəziyyətinə baxsaq, ölkədə 5800 BTC var. Bunun hazırkı ekvivalenti təxminən 330 milyon dollardır.