Ən çox məlumat mərkəzinə malik texnologiya şirkətləri

12:05 14.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük texnologiya şirkətləri tez-tez nə qədər pul qazandıqlarına, bazar kapitallaşmasına və süni intellekt imkanlarına görə müqayisə edilir.

Hafta.az-ın “Visual Capitalist”ə istinadən yazdığına görə, bu cür şirkətlərdən ən böyüyü Microsoft-dur. Məlumata görə, Microsoft-un 300 məlumat mərkəzi mövcuddur.

Siyahıda ikinci pillədə AWS (Amazon Veb Xidmətləri) dayanır. Bu şirkətin 215 mərkəzi fəaliyyətdədir. Üçüncü yerdə olan Google-nin isə mərkəzlərinin sayı kəskin fərqlə enərək cəmi 25-dir.

Sonrakı yerləri 24 mərkəzlə Meta və 10 mərkəzlə Apple tutur.

Bazar payına görə çeşidlədikdə ilk yerlərin sahibləri dəyişir. AWS (Amazon Veb Xidməti) 31 faiz, Microsoft Azure 25 faiz, Google Bulud 11 faiz, Alibaba Cloud 4 faiz və Salesforce 3 faiz paya sahibdir.

Oxunma sayı 112