Ən çox qızıl ehtiyyatı olan ölkələr

09:10 14.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya qızıl ehtiyatlarını artırmağa davam edir. RİA mərkəzi bankların məlumatlarına əsaslanaraq, Rusiya qızıl ehtiyatlarını 2351 tona çatdıraraq dünyada ən çox qızıl ehtiyatına malik ölkələr arasında 5-ci yerdə qərarlaşdığını yazıb.

Hafta.az-ın yazdığına görə, G20 ölkələri 2023-cü ildə qızıl ehtiyatlarını 213 ton artırıb.

Ötən il 224 tonla ən çox qızıl ehtiyatı əldə edən ölkə Çin olduğu halda, ehtiyatın ümumi çəkisi 2236 tona yüksəlib.

G20 ölkələri arasında qızıl ehtiyatı olmayan yeganə ölkə Kanadadır. ABŞ ötən ilin sonunda 8133 ton səviyyəsini saxlayaraq qızıl ehtiyatlarına görə daimi liderliyini qoruyub.

Ötən il ən çox qızılı Çin alıb, ondan sonra Avstraliya və Hindistan gəlir. Rusiya da qızıl ehtiyatlarını bir il ərzində 16 ton artırıb.

Dünya qızıl ehtiyatı reytinqi birincidən dördüncü yerə qədər demək olar ki, dəyişməz qalıb.

Siyahıya nəzər salaq: 1. ABŞ 8133 ton, 2. Almaniya 3356 ton, 3. İtaliya 2452 ton, 4. Fransa 2437 ton, 5. Rusiya 2351 ton, 6. Çin 2236 ton, 7. İsveçrə 1040 ton, 8. Yaponiya 846 ton, 9. Hindistan 804 ton, 10. Hollandiya 613 ton, 11. Türkiyə 479 ton, 12. Tayvan 424 ton, 13. Özbəkistan 384 ton, 14. Portuqaliya 383 ton, 15. Polşa 334 ton, 16. Səudiyyə Ərəbistanı 323 ton, 17. Böyük Britaniya 310 ton, 18. Qazaxıstan 309 ton, 19. Livan 387 ton, 20. İspaniya 282 ton.