“Enerji mənbələri dəyişdirilməməlidir, əksinə, yeniləri daxil edilməlidir, energetik diversifikasiya məhz bu deməkdir. Resurslar nə qədər geniş olarsa, təhlükəsizlik də bir o qədər güclü olar”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto öz facebook səhifəsində yazıb.
Nazir bildirib ki, buna görə də bir neçə il əvvəl digər ölkələrlə birlikdə Cənub-Şərqi Avropa qaz kəmərlərinin imkanlarının genişləndirilməsi tələbi ilə Avropa Komissiyasına müraciət ediblər, ancaq rədd cavabı alıblar.

Bu arada, qeyd edək ki, Cənub-Şərqi Avropa ölkələrinin əsas qaz təchizatçılarından biri Azərbaycandır
“Onlar bildiriblər ki, bölgənin qaz infrastrukturunu daha çox maliyyələşdirməyə hazır deyillər, çünki təbii qaz “dəbdən düşür” və tədricən istifadədən çıxarılır” deyən Macarıstan XİN-in başçısı əlavə edib: “Ancaq biz real diversifikasiya partiyasından yapışırıq. Beləliklə, bu gün qərbli təchizatçı ilə bağladığımız ən yüksək həcmli və ən uzunmüddətli müqavilənin imzalandığını elan edirik”.
Cənab Siyarto sonda qeyd edib ki, rus resursları qalacaq, amma əlavə olaraq yenilərini də gətirəcəklər.