Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı

16:50 26.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müsəlman ölkələri Fransadan məhsul idxalını boykot etməlidir.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, həmçinin bildirib ki, bütün ölkələrin liderləri Fransadakı İslamofobiyaya müqavimət göstərməlidir.

R.T.Ərdoğan əlavə edib ki, irqçilik və faşizm Avropada yeni trenddir.