Yazını böyüt
Yazını kiçilt
Prezident Rəcəb Tayyib Ərdoğan Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisini Türkiyəyə səfərə dəvət edib.
Hafta.az-ın "Russia Today"in ərəb xidmətinə istinadən yazdığına görə, bu barədə Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Salih Mutlu Şen açıqlama verib.
"Russia Today"a danışan türkiyəli diplomat, "Prezident Ərdoğan Sisiyə Türkiyəyə dəvət göndərib. Misirlilərin Ərdoğanı Misirdə görmək istədiklərini bilirəm. Görüşün yerini iki lider müəyyənləşdirəcək. Görüş ya Ankarada, ya da Qahirədə baş tutacaq" deyib.
Salih Mutlu Şen açıqlamalarını sosial media hesabında da paylaşıb.