Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

23:50 07.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Hafta.az Türkiyə mətbuatına istinadən bildirir ki, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Türkiyə Prezidenti vurğulayıb ki, Ermənistan öz silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır. T.Ərdoğan bildirib ki, Azərbaycanın əks-hücum əməliyyatı öz torpaqları çərçivəsində həyata keçirilir.