Ərdoğan və Zelenski arasında telefon danışığı olub

19:00 11.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Tvitter-də paylaşım edib.

Vladimir Zelenski türkiyəli həmkarına ukraynalı uşaqlara dəstəyə və Türkiyənin Ukraynaya yüzlərlə generator verməsinə görə təşəkkürünü çatdırıb.

Vladimir Zelenski Ankaranın Kiyevin “GrainFromUkraine” təşəbbüsünü dəstəklədiyini qeyd edib. Telefon danışığı zamanı taxıl dəhlizi ilə bağlı məsələlər də müzakirə olunub.