Dünən Ərəb Liqası Baş Katibliyin mənzil-qərargahında keçirilən “Ərəb ölkələrinin ərzaq təhlükəsizliyi və maliyyələşdirilməsi” adlı iclasda qurumun baş katibi Əhməd Əbu Qayt ərzaq təhlükəsizliyinin təminindən söz açıb və bunu ərəb milli təhlükəsizliyinin "təminatın ayrılmaz hissəsi" adlandırıb.
Hafta.az-ın DPA-ya istinadən yazdığına görə, Ərəb Liqasının sözçüsü Camal Rüşdi baş katibin sözlərinə istinadən jurnalistlərə deyib ki, “yeni növ koronavirus epidemiyasından qaynaqlanan qlobal tədarük zəncirləri üçün risk və xüsusilə Ukraynadakı müharibədən sonra taxıl idxalının azalması səbəbindən ərəb hökumətləri bu məsələyə maraqlarını ikiqat artırıb”.
Ərəb Liqasının ərəblərin ərzaq təhlükəsizliyini artırmaq səylərinə toxunan Əbu Qayt, bu mövzuda bir sıra strategiya və planların hazırlandığını, sonuncunun 2022-ci ildə keçirilən Əlcəzair Zirvə toplantısında qərar verildiyini bildirib.
Əbu Qayt çıxışında ərəb ölkələrinin bu plan və strategiyalarının həyata keçirilməsinə mane olan maliyyə çatışmazlığına toxunaraq, ərəb ölkələrində əhalinin sayının artması da daxil olmaqla bir sıra mürəkkəb amillərin təsirinə məruz qalan ərzaq çatışmazlığı barədə xəbərdarlıq edib.
“Cənab Əbu Qayt daimi kapital axınına zəmanət verən və davamlı layihələrə investisiyaları təşviq edən ərəb maliyyələşdirmə mexanizminin aktivləşdirilməsinə, həmçinin bizi bu sahədə çalışan ixtisaslaşmış ərəb təşkilatlarına dəstək vasitəsilə birgə ərəb fəaliyyətini gücləndirməyə çağırıb”, - sözçü əlavə edib.